SmartPay.az : Onlayn Ödəniş Portalı

Tez-tez verilən suallar

Smartpay nədir?
Smartpay ödəniş sistemidir. Biz Sizə mobil və ev inteneti daxil olmaqla, 50-dən çox fərqli xidməti evinizdən ödəmə imkanı yaradırıq.
Bu necə işləyir?
Provayderin təqdim etdiyi məlumatlar əsasında ödənişləri həyata keçirtmək üçün biz tərəfdən imkan yaradılır. Diqqətinizə çatdırırıq ki, Smartpay yalnız provayderin təqdim etdiyi məlumatı Sizə ötürür. Xidmətlərin qiyməti, qoşulması və işləkliyi haqqında bütün suallar üzrə provayderə müraciyət etməyinizi xahiş edirik.
Əgər ödəniş zamanı problem yaranıbsa
Bizimlə necə əlaqə saxlamaq olar?
Əgər ödəniş zamanı problemlə qarşılaşmızınızsa, "Məktub yaz" bölməsindən istifadə edin. Mütəxəsissin Sizə tez və dolğun cavab verə bilməsi üçün ad və soyadınızı qeyd edin, e-mail xanasını diqqətlə doldurun ki, Sizinlə əlaqə saxlanıla bilinsin. Mövzu xanasında problem yaşadığınız xidməti qeyd edin və İsmarıc bölümündə problemi təsvir edin.
Bank kartımla ödəniş edə bilmirəm, neyləməliyəm?
  1. Kartınızın balansında kifayət qədər vəsait olduğundan əmin olun.
  2. Kartınızda yetərli vəsait var, lakin ödəniş yenədə keçmir? Belə olduğu təqdirdə, bankınızda problem olma ehtimalı var. Ödənişi biraz sonra etməyə cəhd edin, bankınızla əlaqə saxlayın və ya başqa kartdan istifadə edin.
  3. Nəzərinizə çatdırıq ki, ödəniş səhifəsində əməliyyatı həyata keçirmək üçün vaxt məhdudiyyəti var. Məhdudiyyət timeout-u keçildikdə ödəniş uğursuz ola bilər. Belə olduğu təqdirdə, yenidən cəhd edin.
Bank kartından vəsait çıxıldı, lakin xidmət aktiv olmadı?
Əgər kartınızdan vəsait çıxıldığı təqdirdə xidmət aktiv olmayıbsa - Bizimlə necə əlaqə saxlamaq olar? bölümünü oxuyaraq düzgün müraciyət forması vasitəsi ilə bizimlə əlaqə saxlayın və mütəxəsissin cavabını gözləyin.
Bizə məktub yazdınız, lakin müraciyətinizə cavab verilməyib?
Əks əlaqə üçün "e-mail" xanasını düzgün qeyd etməmiş ola bilərsiniz - "Bizimlə necə əlaqə saxlamaq olar?" bölümünü oxuyun. Smartpay mütəxəssisləri gün ərzində onlarla məktubu cavablandırır. Əgər sualınız saytın işləməsinə aid deyilsə, biz Sizi problemin həlli üçün aidiyyəti quruma yönləndirməyə çalışacayıq.
IMEI (Mobil Cihazların Qeydiyyat Sistemi)
31.07.2018 tarixində qanunvericilikdə dəyişikliklər
Hörmətli Smartpay istifadəçiləri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci ilin 31 iyul tarixli №336 fərmanına əsasən yeni dövlət rüsumları qüvvəyə mindi. Keçid:Nazirlər Kabinetinin 336 saylı qərarı
Nəzərinizə çatdırırıq ki, Smartpay dövlət rüsum məbləğlərin təyin etmir və bu yöndə olan çoxsaylı sualları cavablandırmır. Dövlət rüsumun imei.az/phones keçidindən istifadə edərək öyrənə bilərsiniz.
Anlayışınız üçün təşəkkür edirik.
IMEI nömrəsi
Öz IMEI nömrənizi cihazda *#06# yığaraq öyrənə bilərsiniz. Problemdən aslı olmayaraq, IMEI nömrənizi və ya duos olduğu təqdirdə, IMEI nömrələrinizi qeyd etdikdə, onların düzgünlüyündən əmin olun, nömrələr 15 simvoldan ibarət olmalıdır. Əgər nömrədə əlavə simvollar varsa, ekranda işıqlandığı kimi qeyd edin və ya smartpay-support@rabita.az ünvanına cihaz ekranınızın şəklin göndərin.
Mənim telefonum Duos tiplidir, nə qədər ödəməliyəm?
Qanunvericilikdə dəyişikliyə əsasən, qeydiyyatdan mobil cihaz keçirilir. Rüsum modelin single və duos tipli olmağına əsasən dəyişilmir.
Duos və Single seçirəm, lakin cihazın seçilmiş tipə uyğun olmadığı yazılır?
"Məktub yaz" bölməsi vasitəsi ilə bizimlə əlaqə saxlayaraq cihazın qutusunda qeyd olunan kimi modelin adını təqdim edin. IMEI nömrəsini, Duos olduğu təqdirdə isə, ikisinidə qeyd edin. Əgər bütün məlumatlar düzgün göndərilibsə, mütəxəssis Sizinlə əlaqə saxlayacaq və problem 48 saat ərzində həll olunacaq.
Qeydiyyat uğurla başa çatdı, şəbəkə haçan qayıdacaq?
Uğurlu əməliyyatdan sonra cihaz bir gün ərzində qeydiyyatdan keçir. Dəyişiklikləri qəbul etməsi üçün cihazı söndürüb yandırmaq yadınızdan çıxmasın. Uğurlu ödəniş olduğu təqdirdə, bir gün sonra şəbəkə qayıtmayıbsa - http://imei.az/contact ilə əlaqə saxlamağınızı xahiş edirik.
Əgər IMEI (MCQS) xidməti üzrə suallarınız, təklif və şikayətləriniz varsa
http://imei.az/ saytına keçid edin və ya 157 nömrəsinə zəng edin.